Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2023 23:20
Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə mehmanxana və mehmanxana tipli müəssisələrin göstərdikləri xidmətlərin məbləği açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, 2022-ci il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş məbləğ 138 milyon 766,6 min manat təşkil edib.
Bu, bir il əvvəlki göstəricidən 91 milyon 393,5 min manat çox olub. 2021-ci ildə bu rəqəm 47 milyon 373,1 min manat təşkil edib.