Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyarder ad günündə faciəli şəkildə öldü

Milyarder ad günündə faciəli şəkildə öldü

Tarix: 27 Iyun 2023 22:08

Amerikalı milyarder Ceyms Kraun Kolorado ştatında yarış yolunda qəzada həlak olub. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 70 yaşlı milyarder "Aspen Motorsports Park" şosesində idarəetməni itirib, yoldan çıxıb və təhlükəsizlik baryerinə çırpılıb. Çoxsaylı xəsarətlər alan Kraun hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, "Forbes"in hesabatına görə, Kraunun sərvəti 10,2 milyard dollardır. 

Paula Hannaueylə evli olan milyarderin dörd övladı var. Qəza baş verən gün milyarderin 70 yaşı tamam olub.


Etiketlər:  Milyarder günündə faciəli şəkildə öldü


RƏYLƏR