Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 05:56
Bakı. Trend:
Nizami Kino Mərkəzinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin və Şəmsi Əsədullayev xeyriyyə ictimai birliyinin dəstəyi ilə milli Bir qalanın sirri bədii filmi surdotərcümə ilə danışma və eşitmə qüsuru olan uşaqlara nümayiş olunub.
Nümayişdən əvvəl layihənin rəhbəri Cəsarət Hüseynzadə Bir qalanın sirri filminin surdo-tərcümə versiyasının Azərbacan Respbulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Şəmsi Əsədullayev xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması layihəsi çərçivəsində hazırlandığını bildirib və gələcəkdə maarifləndirici videoların, cizgi filmlərinin surdotərcumə ediləcəyini qeyd edib.
Daha sonra çıxış edən dövlət qurumlarının nümayəndələri və vətəndaş cəamiyyəti təşkilatları rəhbərləri nazirliyin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıblar.
Film, tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Xatirladaq ki, Azərbaycanda ilk dəfə və davamlı olaraq surdotərcüməli filmlər Nizami Kino Mərkəzində təmənnasız nümayiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin