Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2023 15:06
Rusiyanın Leninqrad vilayətində qorxunc hadisə baş verib. Belə ki, sakinlərdən biri itiylə gəzərkən içərisində insan başı və digər bədən hissələri olan bağlama tapıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Sertolovo şəhərində baş verib.
38 yaşlı sakininin sözlərinə görə, bağlamanı evindən bir qədər aralıda meşədə tapıb. Torba tüstülənirmiş, kişi də otların alışmaması üçün onu söndürmək qərarına gəlib. Bu zaman yanmış baş ayağının altına yuvarlanıb.
O, dərhal hüquq - mühafizə orqanlarına xəbər verib.
Qalıqlar ekspertizaya göndərilib, mərhumun şəxsiyyəti müəyyənləşdirilir.