Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Titan"la bağlı yalanı ortaya çıxdı

Tarix: 30 Iyun 2023 17:54

Xəbər verdiyimiz kimi, Atlantik okeanın dərinliklərində olan "Titanik"in qalıqlarını görməyə aparan "Titan" sualtı gəmisində 5 ekipaj üzvü həlak olub. Bundan sonra dünyanın ən məşhur yutuberi MrBeast kimi tanınan Cimmi Donaldson tvitter hesabında ondan da ekspedisiyaya qoşulmağı xahiş etdiklərini yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Ayın əvvəlində məni sualtı qayıqla "Titanik"i görməyə getməyə dəvət etdilər, imtina etdim. Mənim üçün qorxuludur" deyə, 163 milyon izləyicisi olan fenomen paylaşımında qeyd edib. Daha sonra isə onun yalan danışdığı ortaya çıxıb. 

İzləyiciləri onun paylaşımını dəstəkləməyib və araşdırma aparıblar. Belə ki, istifadəçilər Cimmi Donaldsonun paylaşdığı dəvətin kopyasının saxta olduğunu iddia ediblər. Əslində, bu, bloqqerin özünün özünə yazdığı mesaj olub.

Tənqidlərə cavab verən Cimmi "Dostum mənə dəvət yazılan yazının şəklini göndərdi. Yazışmalarımızı vərəqləmək və köhnə mesajları paylaşmaq istədim" deyə, bildirib. 

Qeyd edək ki, "Titanik"i görməyə gedənlər britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, "OceanGate Expeditions" şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davur və 19 yaşlı oğlu idi. Bütün heyətin öldüyü təsdiqlənib. Hadisənin baş verməsinə səbəb suyun təzyiqindən sualtı qayıqda içəriyə doğru partlayışın baş verməsi olub.

Milli.Az


Etiketlər:  Titanla bağlı yalanı ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ