Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Titan” faciəsindən sonra da “Titanik” turlarının satışı davam edir

“Titan” faciəsindən sonra da “Titanik” turlarının satışı davam edir

Tarix: 1 Iyul 2023 23:38

"Titanik"ə ekskursiya zamanı batiskafı qəzaya uğrayan "OceanGate" gəminin qəzaya uğradığı yerə səyahət üçün biletləri satmağa davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müvafiq məlumat qurumun saytında yerləşdirilib.

İndi arzu edənlər 2024-cü il üçün tura bilet ala bilərlər. Səfərin qiyməti dəyişməyib və hələ də həddindən artıq yüksək - bir yer üçün 250 min dollar olaraq qalır.
Xatırladaq ki, iyunun 19-da "OceanGate" şirkəti turistləri "Titanik"in batdığı yerə çatdırmaq üçün nəzərdə tutulmuş ekipajla birlikdə sualtı cihaz - "Titan"ın yoxa çıxdığını təsdiqləyib. Sualtı qayıqda beş nəfər olub. Suya girəndən 1 saat 45 dəqiqə sonra onlarla əlaqə kəsilib.


Milli.Az


Etiketlər:  Titan faciəsindən sonra da Titanik turlarının satışı davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ