Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin satınalması üzrə elanın müddəti uzadılıb

“Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin satınalması üzrə elanın müddəti uzadılıb

Tarix: 25 Oktyabr 2019 12:15

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin satınalması üzrə elanın müddəti uzadılıb.

Belə ki, ilkin sənədlər toplusu 3 noyabr 2019-cu il saat 18:00, tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 7 noyabr 2019-cu il saat 18.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. 8 noyabr 2019 17:00-da isə müsabiqə təklifi zərflərinin açılışı olacaqdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dərinlikölçmə avadanlığının ehtiyat hissələrinin satınalması üzrə elanın müddəti uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ