Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2023 10:54
Rusiya şərqdəki iki əsas cəbhə xəttinə 180 mindən çox əsgər yerləşdirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) şərq qruplaşmasının mətbuat katibi Sergey Çerevatyi Ukrayna mətbuatına müsahibəsində deyib.
O qeyd edib ki, Çerevatyi Liman-Kupyansk cəbhəsinin daha uzun olduğunu, ona görə də Rusiyanın qüvvələrini oraya cəmlədiyini deyib. Əlavə edib ki, hazırda cəbhənin bu sektorunda Rusiyanın 120 minlik qoşunu var.
Çerevatyi şərq cəbhəsinə cəlb edilən Rusiya qüvvələrinin kifayət qədər güclü olduğunu, hava hücumu və motoatıcı bölmələrə malik olduğunu deyib. Əlavə edib ki, Rusiya tərəfindən kriminal keçmişi olan şəxslərdən yaradılmış "Storm Z" bölmələri də bura daxildir.
Çerevatyi Baxmut cəbhəsində isə 50 minlik Rusiya qoşununun olduğunu deyib.