Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2023 12:42
Qurani-Kərimin yandırılması insani dəyərlərə xəyanətdir.
Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.
"Sistematik şəkildə inkişaf edən islamofobiya insanlığı təhdid edir. Quranı yandırmaq insani dəyərlərə xəyanətdir. Bu təxribatı İraq əsilli təxribatçının təkbaşına törətdiyini düşünmək ağlasığmazdır. Bunun qaynar inkişaflar dövründə baş verməsi şübhəlidir. Quranın yandırılmasını əqidə azadlığı hesab etmək olmaz",- deyə Bahçeli bildirib.
Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib.