Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Putinə zəng edib, Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə edib

Paşinyan Putinə zəng edib, Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə edib

Tarix: 5 Iyul 2023 17:26

Rusiya Prezidenti Vladimi Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Putin Paşinyanla Qarabağ və Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün sazişlərin bütün kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.

Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.


Etiketlər:  Paşinyan Putinə zəng edib Ermənistan Azərbaycan sülh müqaviləsini müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ