Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dubayda tullantıları enerjiyə çevirən dünyanın ən böyük zavodu açıldı

Dubayda tullantıları enerjiyə çevirən dünyanın ən böyük zavodu açıldı

Tarix: 5 Iyul 2023 22:18

Çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dəyəri 1 milyard dollardan çox olan dünyanın ən böyük tullantıları enerjiyə çevirən zavodu açılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.

Dubayın vəliəhd şahzadəsinin sözlərinə görə, stansiya 220 MVt/saat elektrik enerjisi istehsal etmək iqtidarındadır ki, bu da 135 000 mənzilə xidmət göstərmək üçün kifayətdir.

Müəssisə ətraf mühitə mənfi təsir göstərmədən ildə 2 milyon ton tullantı emal edə bilər.

Qeyd edək ki,  2021-ci ildə BƏƏ 2050-ci ilə qədər ölkənin karbon neytrallığına nail olmağı hədəfləyən "Net Zero 2050" strateji təşəbbüsünü təqdim edib. Bu təşəbbüs təmiz enerji mənbələrinin tətbiqinə yönəlib.


Etiketlər:  Dubayda tullantıları enerjiyə çevirən dünyanın böyük zavodu açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ