Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatimə Həsəni həbs edildi - FOTO

Fatimə Həsəni həbs edildi - FOTO

Tarix: 7 Iyul 2023 09:44

İranda sosioloq Fatimə Həsəni təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları təşkilatına istinadla məlumat verib.

Bildirilir ki, o Məşhəd şəhərinin hava limanında saxlanılıb.

Qeyd edək ki, Fatimə Həsəni "Clubhouse" sosial şəbəkəsində (sosial audio proqramı) hökumətin yanlış idarəçiliyi və səmərəsizliyi barədə səsləndirdiyi kəskin fikirlərinə görə ittiham olunur.

Sosioloqu həbs edən qurum və saxlandığı yer barəsində dəqiq məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Fatimə Həsəni həbs edildi FOTO


RƏYLƏR