Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Natəvan Məmmədova yenidən eyni vəzifəyə təyin edildi

Natəvan Məmmədova yenidən eyni vəzifəyə təyin edildi

Tarix: 7 Iyul 2023 10:30

2013-2015-ci illərdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş Katibi olmuş Natəvan Məmmədova yenidən eyni vəzifəyə təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, konfederasiyanın prezidenti Məmməd Musayev N.Məmmədovanı kollektivə təqdim edib. O, yeni təyinat münasibəti ilə Baş Katibi təbrik edib, ölkə iqtisadiyyatının, dövlət-özəl sektor dialoqunun, özəl sektorun inkişafı üçün yeni çağırışların həyata keçirilməsində Konfederasiyanın qarşısında duran vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə kollektivə uğurlar arzulayıb. N.Məmmədova ona göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.

Xatırladaq ki, N.Məmmədova 2015-2023-cü illərdə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") icraçı direktoru, paralel olaraq isə 2020-2023-cü illərdə ABŞ-ın "McKinsey&Company" şirkətində koordinator işləyib.

Milli.Az


Etiketlər:  Natəvan Məmmədova yenidən eyni vəzifəyə təyin edildi


RƏYLƏR