Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2023 22:38
"Neftçi" Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində bu gün ikinci oyununa çıxıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, təmsilçimiz bu dəfə Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşıb. "Smena" stadionunda baş tutan oyun Bakı vaxtı ilə saat 20:30-da başlayıb.
Qarşılaşma rəqibin böyük hesablı qələbəsi ilə nəticələnib. İlk yarıda 3 qol vuran serbiyalılar fasilədən sonra daha bir dəfə fərqlənib.
"Neftçi"nin turnirdəki sonuncu rəqibi "Fənərbaxça" (Türkiyə) olacaq. Bu komandalar arasındakı oyun iyulun 15-də keçiriləcək.
Qeyd edək ki, təmsilçimiz turnirin startında yerli "Zenit"ə 1:3 hesabı ilə məğlub olmuşdu.
"Neftçi" (Azərbaycan) - "Srvena Zvezda" 0:4
Qollar: İvaniç, 9; Mitroviç, 17; Bukari, 45, Sijivic, 81
Sankt-Peterburq, "Smena" stadionu. Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov
"Neftçi": İvan Brkiç, Solomon Kverkveliya, Azər Əliyev, Mateus Saldanya, Filip Ozobiç, Eddi İsrafilov (k), Rəhman Hacıyev, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Ömər Buludov, Fərid Yusifli
Ehtiyat oyunçular: Emil Balayev, Rza Cəfərov, Kenni Sayef, Emun Mahmudov, Kilan Lebon, Ataa Caber, Elton Əlibəyli, Samir Həsənov, Yeqor Boqomolski, Rüfət Abbasov, Hüseyn Babayev, Ağadadaş Salyanski, Ömər Qurbanov