Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolbasa və çipsi ömrü qısaldır - Dietoloq

Kolbasa və çipsi ömrü qısaldır - Dietoloq

Tarix: 9 Iyul 2023 04:06

Dietoloqlar marketdə satılan ömrü qısaldan məhsulların adını açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, məhsul nə qədər az işlənibsə, bir o qədər sağlıqlıdır.

Müasir pəhrizlərdə ən zərərli olanlar ultra işlənmiş qidalardır. Çoxsaylı araşdırmalar onların tez-tez istifadəsinin piylənməyə, sinir xəstəliklərinə və xərçəng də daxil olmaqla çoxsaylı xəstəliklərə səbəb olduğunu təsdiqləyib.

Dietoloq Tim Spektorun dediyinə görə, bir çox insanlar bu cür məhsulların təhlükələri haqqında bilirlər. Ancaq insanların çoxu bu kateqoriyaya tam hansı qidaların daxil olduğunu anlamır. Yəni söhbət təkcə qəlyanaltılar, kolbasa və rahat qidalardan getmir.

Uşaq yoqurtları və mağazadan alınmış sendviçlər də ultra emal olunmuş hesab olunur.

Bundan əlavə həddindən artıq işlənmiş qidaların çox miqdarda yağ, duz və şəkərli olduğuna görə zərərli olduğunu düşünməkdə yanlışdır. Bu inqrediyentlərlə yanaşı, ultra emal edilmiş qidalarda xəstəliklərin inkişafına səbəb olan bir çox qeyri-təbii maddələr var. Həkimlər deyirlər ki, bu qidalardan istifadə sağlamlıq risklərinə görə ömrünüzü 10-15 il qısalda bilər.

Doktor Tim xəbərdarlıq edir ki, bu cür qidalar gündəlik qəbul etdiyiniz kalori miqdarını çox yeməyə vadar edəcək, bundan sonra daha çox yemək istəyəcəksiniz.

Ultra işlənmiş qidalara kolbasa, konservləşdirilmiş qidalar, çipslər, duzlu qəlyanaltılar,  krakerlər, kartof qızartması, dondurulmuş pizza və digər hazır yeməklər, çoxlu pendirlər və emal olunmuş ətlər daxildir.


Etiketlər:  Kolbasa çipsi ömrü qısaldır Dietoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ