Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftənin ilk iş gününün HAVA PROQNOZU

Həftənin ilk iş gününün HAVA PROQNOZU

Tarix: 9 Iyul 2023 12:40

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Milli.Az


Etiketlər:  Həftənin ilk gününün HAVA PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ