Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''dan ''Tottenhem''in futbolçusuna təklif

''Qalatasaray''dan ''Tottenhem''in futbolçusuna təklif

Tarix: 11 Iyul 2023 08:44

Türkiyə "Qalatasaray"ı İngiltərənin "Tottenhem" klubunun futbolçusu Davinson Sançesi transfer etmək istəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi kolumbiyalı müdafiəçi üçün londonlulara 9 milyon avro dəyərində təklif göndərib.

28 yaşlı oyunçunun xidmətində "Cim-Bom"la yanaşı, Avropanın bir neçə komandası da maraqlıdır. Karyerası ilə bağlı yekun qərarı futbolçunun özü verəcək.

Qeyd edək ki, Davinson Sançes bu mövsüm "Tottenhem"in heyətində 24 oyun keçirib. Onun klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi var.

Milli.Az


Etiketlər:  Qalatasaraydan Tottenhemin futbolçusuna təklif


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR