Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsraildə etirazçılar parlament binasına daxil olublar

İsraildə etirazçılar parlament binasına daxil olublar

Tarix: 11 Iyul 2023 13:08

Knessetin (İsrail parlamenti) təhlükəsizlik xidməti parlament binasına daxil olan bir neçə etirazçını oradan çıxarıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nümayişçilər bəzi deputatların plenar iclasa qatılmasını əngəlləyiblər.

Bildirilib ki, bazar ertəsi axşam Knessetdə məhkəmə islahatlarına dair qanun layihələri paketinin birinci oxunuşda müzakirəsi başlayıb. Qanunlar birinci oxunuşda uğurla qəbul olunarsa, müxalifət çərşənbə axşamı İsraildə kütləvi etiraz aksiyaları keçirəcəyini vəd edib.

Qeyd edək ki, məhkəmə islahatının əleyhdarları 27 həftədir ki, qanun layihəsinə qarşı etiraz edirlər.

Milli.Az


Etiketlər:  İsraildə etirazçılar parlament binasına daxil olublar


RƏYLƏR