Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf dinamikası bizi sevindirir

Prezident: Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf dinamikası bizi sevindirir

Tarix: 13 Iyul 2023 11:18

Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin inkişaf dinamikası bizi sevindirir. Bu gün ölkələrimiz arasında münasibətlərin, bir sıra sahələrdə, xüsusilə də energetika və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə monteneqrolu həmkarı Yakov Milatoviçə təbrik məktubunda ifadə edib.

"İnanıram ki, ənənəvi dostluq əlaqələrimizi möhkəmləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik", - deyə məktubda vurğulanıb.

Dövlətimizin başçısı Prezident Yakov Milatoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Milli.Az


Etiketlər:  Prezident Azərbaycan Monteneqro əlaqələrinin inkişaf dinamikası bizi sevindirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ