Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2023 23:54
UEFA-nın rəsmi saytında maliyyə qaydalarını pozan klubların cəzaları ilə bağlı məlumat yerləşdirilib.
Sonxeber.net Matc.az-a istinadən xəbər verir ki, siyahıya iki Avropa nəhəngi - "Barselona" və "Mançester Yunayted" də daxildi.
"Barselona" 2022-ci maliyyə ili ilə bağlı aktivlərin satışından əldə edilən mənfəətlə bağlı səhv hesabat verdiyinə görə 500 min avro cərimələnib.
"Mançester Yunayted" isə öz növbəsində 300 min avro cərimə ödəyəcək.
Qeyd edək ki, Avropanın aparıcı liqalarında 2023-24 mövsümü avqustda başlayacaq. "Barselona" və "Mançester Yunayted"in vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsi isə sentyabrda başlayacaq.