Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-iyun aylarında orta aylıq pensiya 18 faiz artıb

Yanvar-iyun aylarında orta aylıq pensiya 18 faiz artıb

Tarix: 15 Iyul 2023 12:04

Cari ilin 6 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (402 milyon manat) çox olmaqla 2 milyard 843 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, bu ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya da fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Pensiyaların orta aylıq məbləği son 6 ayda 18 faiz artaraq 433 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Bu ilin yanvar-iyun ayları ərzində 18 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 89,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Milli.Az


Etiketlər:  Yanvar iyun aylarında orta aylıq pensiya 18 faiz artıb


RƏYLƏR