Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atlantikdə ''Olga'' və ''Pablo'' tropik fırtınaları meydana gəlib

Atlantikdə ''Olga'' və ''Pablo'' tropik fırtınaları meydana gəlib

Tarix: 26 Oktyabr 2019 05:40

Bakı, Trend:

Meksika körfəzində "Olga" adı verilən bir tropik fırtına meydana gəlib.

Trend-in məlumatına görə, fırtına şimali-şərq istigamətində hərəkət edir.

Sinoptiklərin məlumatına görə, küləyin maksimal sürəti saatda 64,3 kilometrə çatıb. Fırtınanın sürəti isə saatda 28,9 kilometrdır. Mütəxəssislərin fikrincə, fırtına şənbə günü ABŞ-ın cənub-şərq sahilinə çatacaq.

Bundan əlavə, Atlantikanın şimal-şərqində Portuqaliyanın Azor adaları yaxınlığında "Pablo" adlı tropik fırtına yaranlb. Küləyin sürəti saatda 72,4 kilometrə, fırtınanın sürəti isə saatda 16 kilometrə çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Atlantikdə Olga Pablo tropik fırtınaları meydana gəlib


RƏYLƏR