Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu şəxslərin maaşı üç dəfə artıb

Azərbaycanda bu şəxslərin maaşı üç dəfə artıb

Tarix: 17 Iyul 2023 13:20

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əməkhaqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb.

Sonxeber.net bildirir ki, bu barədə bu gün TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

"Qeyd edilən artım ölkə üzrə əhalinin orta aylıq əməkhaqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əməkhaqqına nisbətdə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır.",- deyə o əlavə edib.


Etiketlər:  Azərbaycanda şəxslərin maaşı üç dəfə artıb


RƏYLƏR