Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə Premyer Liqasında tarixi nəticə

İngiltərə Premyer Liqasında tarixi nəticə

Tarix: 26 Oktyabr 2019 09:40

İngiltərə Premyer Liqasının 10-cu turunun səfər matçında “Lester” “Sauthempton”u 9:0 hesabı ilə məğlub edib.

Qol.az xəbər verir ki,  Ayose Peres, Ceymi Vardi  hərəyə 3, Ben Çiluell, Yuri Tilemans və Ceyms Maddison hərəyə bir 1 qol vurub.

Bu qələbədən sonra “Lester” 20 xal toplayaraq İngiltərə çempionatının liqa cədvəlində ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu, İngiltərə Premyer Liqası tarixində ən böyükhesablı səfər qələbəsi olub. Buna qədər rekord 1999-cu ildə “Nottingem Forest”i onun meydanında 8:1 hesabı ilə məğlub edən “Mançester Yunayted”ə məxsus idi. Bundan başqa, “Lester” “MY”nin 1995-ci ildə evdə “İpsviç”ə 9:0 hesabı ilə qalib gəldiyi nəticəni də təkrarlayıb.

 


Etiketlər:  İngiltərə Premyer Liqasında tarixi nəticə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ