Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus hərbçiləri Kupyansk istiqamətində hücuma keçdi

Rus hərbçiləri Kupyansk istiqamətində hücuma keçdi

Tarix: 18 Iyul 2023 08:02

Rusiya hərbçiləri Kupyansk istiqamətində hücuma keçib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Sırski qeyd edib ki, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır:

"Baxmut bölgəsində qoşunlarımızın hücum hərəkətlərinin qarşısını almaq üçün düşmən bu istiqamətə fəal surətdə əlavə qüvvə və vasitələr göndərir. Onların əsasını hava-desant qüvvələrinin bölmələri təşkil edir.

Eyni zamanda, düşmən Kupyansk istiqamətində hücuma keçib və qoşunlarımızı darmadağın etməyi və döyüş birləşmələrimizin dərinliklərinə doğru hücumu davam etdirməyi qarşısına məqsəd qoyub".


Etiketlər:  hərbçiləri Kupyansk istiqamətində hücuma keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ