Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2023 16:46
Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Fransaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq 326,6 milyon dollara çatdırıb.
Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Fransaya kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 8,5 faiz azalaraq 55,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 14,6 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 2,4 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 25,3 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.