Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 12:10
Dünən Xalq artisti Şahnaz Haşımovanın yaşadığı Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilməsi barədə məlumat vermişdik.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, vəziyyəti nisbətən sabitləşmiş müğənninin müalicəsinin davam etdirilməsi üçün Bakıya gətirilməsinə qərar verilib.
Bu barədə onun bacısı Əməkdar artist Aybəniz Haşımova məlumat yayıb.
O bildirib ki, böyük bacısı Şahnaz Haşımovanın müalicəsi Gömrük Hospitalında davam etdirəcək.
66 yaşlı Şahnaz Haşımova şəkər və hipertoniya xəstəliyindən əziyyət çəkir.