Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 21:57
Ötən il Şuşada ilk Forum keçiriləndə mən göstəriş verdim ki, bu tədbiri beynəlxalq Foruma çevirmək lazımdır və bu, artıq baş verir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Bu tədbirdə çıxışçı kimi təqdim edildiyini, ancaq burada uzun, böyük çıxış etməyə ehtiyacın olmadığını hesab etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: "Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar".
Səbrli olduqları üçün iştirakçılara təşəkkür edən Prezident bildirib: "Üç saata yaxındır ki, bir yerdəyik. Əminəm ki, bu müzakirələrin sayəsində siz ölkənizə çox yaxşı nəticələrlə qayıdacaqsınız və bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaq. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin".