Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dəfə tamaşaçıları ilə əbədi sağollaşdı... - VİDEO

Bu dəfə tamaşaçıları ilə əbədi sağollaşdı... - VİDEO

Tarix: 22 Iyul 2023 13:10

Hər dəfə tamaşaçıları ilə növbəti görüş üçün sağollaşırdı, amma bu dəfəki sağolu fərqli oldu. Xəbər adamının özü xəbər oldu.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, hər dəfə fərqli xəbərlərlə ekranlarınızda görünən həmkarımız Natəvan Babayeva uzun sürən onkoloji xəstəlik nəticəsində həyatını itirdi.

"46 yaşında tək balasına, ailəsinə, onu sevənlərə, tamaşaçılarına əbədi əliva dedi".

Ömrünün ən gözəl çağında həyatla vidalaşan həmkarımız ata-anasının uyuduğu, Salyan rayonunun Parçaxələc kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.  O, bir neçə gün əvvəl müalicə məqsədilə Türkiyəyə getsə də, iyulun 19-u Bakıya qayıdıb.

Xatırladaq ki, Natəvan Babayeva AZTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub. Allah rəhmət etsin...

Daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  dəfə tamaşaçıları ilə əbədi sağollaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ