Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2023 12:48
ABŞ-ın Texas ştatının Hyuston şəhərində şənlik mərasimində atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, atışma ad günü şənliyində münaqişə zəminində baş verib. Mərhum doğum günü keçirilən qadındır. O, 5 ay imiş hamiləymiş.
Hakimiyyət orqanları iki şübhəli şəxs də daxil olmaqla üç nəfərin xəstəxanaya aparıldığını bildiriblər. Digər zərərçəkmiş isə xəstəxanaya müraciət etməyib.
Müstəntiqlər digər şübhəlilərin aşkarlanması üzərində işləyirlər.