Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Hərbi Hava Qüvvələri təlimlərə başladı

İran Hərbi Hava Qüvvələri təlimlərə başladı

Tarix: 23 Iyul 2023 21:44

İran Hərbi Hava Qüvvələri İsfahanda təlimlər keçirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

Qeyd edilib ki, İran Hərbi Hava Qüvvələrinin 11-ci təliminin əsas mərhələsi bu gecə başlayacaq.

Təlimlərdə 92 növ qırıcı, bombardmançı və pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

Təlim zamanı kəşfiyyat, hava və yer hədəflərinin məhv edilməsi həyata keçiriləcək.

Eyni zamanda İsfahanla yanaşı, Tehran, Təbriz, Şiraz, Bəndər Abbas, Məşhəd və Dezful hərbi hava bölmələri də sözügedən təlimlərdə iştirak edəcək.

Milli.Az


Etiketlər:  İran Hərbi Hava Qüvvələri təlimlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ