Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 06:06
Plastik yeyən bir bakteriya var! Onu alman alimləri aşkar ediblər. "Pseudomonas sp" adlı bakteriya nisbətən yaxınlarda aşkar edilib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu bakteriyalar poliuretan molekullarını bir yerdə saxlayan kimyəvi rabitəyə hücum edir, onları parçalayır və bu birləşmələrdən özünə həyat enerjisi yaratmaq üçün istifadə edir.
Poliuretandan əsasən ayaqqabı, bəzi növ sintetik parçalar, konki üçün təkərlər və digər məhsulların istehsalında istifadə olunur. Bir çox digər plastik növlərindən fərqli olaraq, qızdırıldıqda ərimir, ona görə də təkrar emal edilmir və ondan istifadə edilmiş əşyalar zibilliyə atılır və ətrafı çirkləndirir. Yeni bakteriyanın bu problemin aradan qaldırılmasında istifadə olunacağı gün heç də uzaqda deyil.
Alimlərin plastikin parçalanmasını sürətləndirən "təbii düşmənləri" kəşf etməsi ilk dəfə deyil. Bir neçə il əvvəl Yaponiya alimləri butulkaların hazırlanmasında istifadə olunan plastik növü olan PET-i parçalayan ferment aşkar ediblər.
Qeyd edək ki, bakteriyaların sənaye miqyasında istifadəsi hələ sınaqdan keçirilməyib.