Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNICEF Respublika Klinik Xəstəxanasına tibbi avadanlıqlar ianə edib

UNICEF Respublika Klinik Xəstəxanasına tibbi avadanlıqlar ianə edib

Tarix: 26 Iyul 2023 16:04

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UnicefAzerbaijan) arasında əməkdaşlıq çərçivəsində həssas əhali qruplarından olan uşaqlarda yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunması və onların sağlamlığının qorunması məqsədilə TƏBİB-intabeliyindəki Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib.

Avadanlıqlar holter monitoru, portativ cərrahi aspirator, yenidoğulmuşlar üçün süni tənəffüs cihazı, elektrokardioqraf (EKQ), rəngli doppleroqrafiya ultrasəs cihazı və fototerapiya aparatından ibarətdir. Sözügedən avadanlıqlar vasitəsilə pasiyentlərə göstərilən tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır.

İanə edilən holter monitordan ürək ritminin və ürək döyünmələrinin tezliyini ölçmək üçün istifadə edilir. Belə ki, pasiyent cihazı 24-48 saat üzərində gəzdirir və bu müddət ərzində cihaz onun ürək fəaliyyətini qeydə alır. Bu məlumatların təhlili həkimə daha dəqiq diaqnozun təyin edilməsinə şərait yaradır.

Rəngli doppleroqrafiya ultrasəs cihazı müxtəlif xəstəliklər və damar patologiyalarını aşkar etməyə imkan verir.

Portativ cərrahi aspirator əməliyyat zamanı əməliyyatın aparıldığı nahiyədə yığılmış mayenin boşaldılması üçün istifadə olunan cihazdır.

Fototerapiya cihazı isə yenidoğulmuşlardaneonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.

Elektrokardioqraf (EKQ) çoxsaylı ürək xəstəliklərinin diaqnozunun sürətli təyininə imkan verir.

İanə edilən süni tənəffüs aparatı tənəffüs pozğunluğu olan yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub.


Etiketlər:  UNICEF Respublika Klinik Xəstəxanasına tibbi avadanlıqlar ianə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ