Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvandan gələn 19 yük maşını sərhədimizdə - FOTO

İrəvandan gələn 19 yük maşını sərhədimizdə - FOTO

Tarix: 26 Iyul 2023 20:33

İrəvandan Qarabağa göndərilən yük maşınları Azərbaycanla sərhədə çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Ermənilərin "səlahiyyətli" nümayəndəsi Vardan Sərkisyan Ermənistanın sərhəd keçid məntəqəsindən buraxıldıqlarını, hazırda iki ölkənin sərhəd keçid məntəqələri arasında gözlədiklərini bildirib.

"Rusiya sülhməramlıları ilə əlaqə yaratmışıq. Cavab gözləyirik. Prosesə əlavə təsirlərin olduğunu nəzərə alsaq, bir qədər səbirli olmalıyıq.

Cavab gələnə qədər yük maşınları sərhəddə gözləyəcək", - V.Sərkisyan deyib.

Qeyd edək ki, bu gün İrəvandan Xankəndiyə 19 yük maşınından ibarət yardım karvanı göndərilib.

Milli.Az


Etiketlər:  İrəvandan gələn yük maşını sərhədimizdə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ