Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 04:44
Bakı. Trend:
"Xalq Özünümüdafiə Qüvvələri" döyüşçülərini ayrılmış müddətdə geri çəkməsələr, Türkiyə Suriyanın şimal-şərqini terrorçulardan təmizləyəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Türkiyə prezidenti deyib: "Biz dərinliyi 30 km və uzunluğu 340 km olan ərazini terrorçulardan təmizləmək üçün Rusiya ilə razılığa gəldik, sonra Rusiya ilə birgə patrul xidmətinə başlayacağıq. Əgər ayrılmış 150 saat ərzində ərazilər terrorçulardan təmizlənməsə, onda bu prosesi biz davam etdirəcəyik".
Prezident xatırladıb ki, ABŞ əvvəllər kürd birləşmələrinin Suriya ilə sərhəddən çəkiləcəyini vəd etmişdi, lakin bu baş vermədi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin