Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşlı kişi münaqişə zəminində qonşularını güllələdi - 3 ÖLÜ

Yaşlı kişi münaqişə zəminində qonşularını güllələdi - 3 ÖLÜ

Tarix: 29 Iyul 2023 07:26

Almaniyanın Lanqvayd kommunasında 64 yaşlı kişi iki yaşayış binasına girib atəş açaraq bir neçə nəfəri yaralayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər yayıb.

"Təxminən saat 19:15-də Şubertstrassedəki yaşayış binasında bir nəfər tapança ilə üç nəfəri güllələyib", - məqalədə deyilir.

Qeyd olunur ki, hadisə zamanı 49 və 72 yaşlı iki qadın, həmçinin 52 yaşlı kişi ölüb.

Hücum edən şəxs  daha sonra 32 yaşlı qadını və 44 yaşlı kişini yaralayıb.

Şübhəli şəxs həbs edilib. Polisdən verilən məlumata görə, onun mərhumlarla ədavəti olub. 


Etiketlər:  Yaşlı kişi münaqişə zəminində qonşularını güllələdi ÖLÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ