Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 09:18
Bakı. Trend:
Bakıda keçirilən Qoşulmama Hərəkatı çox böyük uğurla başa çatdı və mühüm bəyanatların qəbulu ilə yadda qaldı.
Bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.
Politoloq qeyd edib ki, bu zirvə görüşü Azərbaycanın növbətü və mühüm qələbəsini əks etdirən bir tədbir idi.
"Prezident İlham Əliyevin çıxışları və keçirdiyi görüşlərdə Azərabaycanın ərazi bütövlüyünün toxunulmamazlığı,Ermənistanın işğalçı bir dövlət olduğu bir daha 120 dövlətin mövqeyində də təsdiqini tapdı. Yəni Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi nəticəsində tək Azərbaycanın ərazi bütövlüyünə deyil, eyni zamanda beynəlxalq səviyyədə terrorizmin ,separatizmin dəstəklənməsinə imkan yaratması məsələsinin ağır fəsadlarla nəticələnməsi bir daha təsdiqləndi.Bununla yanaşı Prezident İlham Əliyev Azərbaycanın dünyəvi bir dövlət olduğunu, müstəqilliyin qorunmasının,təhlükəsizliyin təmninatıının, multikultiral dəyərlərə hörmətlə yanaşmanın və bunların məhz hər bir vətəndaşın rifahı naminə islahatların aparıldığı bir dövlət olduğunu öz çıxışlarında göstərdi. Azərabaycan bir daha dünyanın 200 ə yaxın dövlətinin tədbirdə təmsil edilən üçdə iki hissəsinin qarşısında ən mühüm tədbirlərin necə yüksək səviyyətədə və tam təhlükısizliyə təminat verilən bir şəraitdə keçirilməsini göstərdi.İstər iki tərəfli görüçləırdə,isətərsə də sammit vaxtı dünya dövlətləri Azərbaycanın istər iqtisadi ,istərsə də siyasi və mədəni –humanitar sahədə mühüm və ciddi tərəfdaş olduğununun şahidi oldular. Təbii ki, burada Azərbaycan diplomatiyasını uğuru da qeyd edilməlidir,bu məsələ də iştirakçı dövlətlərin nümayəndələrinin çıxışlarında yer aldı.Ən mühüm məsələ kimi iştirakçı dövlətlərin ölkəmizdə insan hüquq və azadlıqlaırına ,qanunların aliliyinə və mətbuat azadlığının təmin olunmasına zəmanət verildiyininin canlı şahidi olduqlarını qeyd etməkləri idi. Bütün bu kimi aspektlər Qoşulmama Hərəkatının Zirvə Görüşü tərəfindən Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə etdi və bu dəsətəyin əldə edilməsində Azərbaycan rəhbərliyiyn və təbii ki, cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin çox mühüm rolu danılmaz bir faktordur".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin