Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təl-Əvivdə etiraz aksiyaları keçirilir

Təl-Əvivdə etiraz aksiyaları keçirilir

Tarix: 3 Avqust 2023 08:34

Təl-Əvivdə minlərlə israilli yenidən hökumət əleyhinə mitinq keçirərək, ölkə hökumətinin apardığı məhkəmə islahatlarına etiraz edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti yazır.

Bildirilir ki, nümayişçilər bayraqlar qaldırır və hökuməti ölkəni parçalamaqda ittiham edən şüarlar səsləndirirlər. Nümayişçilərin çoxluğu səbəbindən polis paytaxtın Kaplan küçəsini bağlamağa məcbur olub.

Nəşrin məlumatına görə, etiraz aksiyaları təkcə Təl-Əvivdə deyil, paytaxta ən yaxın olan Raanana, Kfar Saba və Hod HaŞaron şəhərlərində də keçirilir.

Milli.Az


Etiketlər:  Təl Əvivdə etiraz aksiyaları keçirilir


RƏYLƏR