Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2023 20:22
Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev və Xarkovdakı tibb klinikalarında surroqat analar tərəfindən doğulan uşaqların əcnəbilərə satılması ilə bağlı cinayət sxemini ifşa ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Qeyd olunur ki, cinayət sxeminin təşkilatçıları tibbi klinikanın rəhbərliyi, klinikanın menecerləri, həkimlər və inzibatçılar olublar.
Cinayətkar qrup yeni doğulan uşaqların surroqat analığın qadağan olunduğu ölkələrdə yaşayan xarici vətəndaşlara pul mükafatı müqabilində satışını həyata keçirib.