Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dustaq tibb bacısını girov götürüb zorladı

Dustaq tibb bacısını girov götürüb zorladı

Tarix: 5 Avqust 2023 09:58

Rusiyanın Omsk vilayətində məhbus cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində tibb bacısını girov götürərək zorlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, zorlama və qətl törətdiyinə görə 18 il həbs cəzası almış 36 yaşlı Pavel Qubarev nəzarətçiyə xəstə olduğunu deyib və tibb məntəqəsinə yerləşdirilməsini istəyib.

Onun bu müraciəti qəbul edilib və məhbus tibb məntəqəsinə aparılıb.

26 yaşlı tibb bacısı ilə kabinetdə təkbətək qalan P.Qubarev qapını içəridən bağlayıb və qadını kağız kəsənlə hədələyərək zorlayıb.

O daha sonra sakitcə qapını açaraq nəzarətçilərə müqavimət göstərmədən təslim olub.
Hadisə yerinə müstəntiqlər çağırılıblar, ona qarşı zorlama və girov götürmə maddəsi ilə ikinci cinayət işi açılıb.

İndi onun cəzası 25 ilə qədər uzadıla bilər.

Milli.Az


Etiketlər:  Dustaq tibb bacısını girov götürüb zorladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ