Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin Ayda su axtarır

Çin Ayda su axtarır

Tarix: 7 Avqust 2023 03:30

Çinin gələcək "Chang'e 7" missiyasının roveri Ayın işıqlandırılmayan bölgəsinə səfər edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölkənin müvafiq qurumları tərəfindən açıqlanan planlara görə, "Chang'e 7" missiyasının eniş aparatı Ayın cənub qütbünün işıqlanan ərazisinə enəcək. Bundan sonra, eniş vasitəsini tərk edən kiçik rover daim kölgədə olan kraterə doğru yol alacaq.

Rover nümunələri toplamaq üçün Ay torpağını qazacaq. Manipulyatordan istifadə etməklə götürülən nümunələr analiz üçün xüsusi aparata qoyulacaq və bu, nümunələrdə su olub-olmadığını müəyyən etməyə imkan verəcək.

Milli.Az


Etiketlər:  Çin Ayda su axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ