Tarix: 28 Oktyabr 2019 10:40
Millimizin Avro-2020-nin seçmə mərhələsində rəqibi olan Uels yığması daha bir itki ilə üzləşib.Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərəgörə, "Suonsi"nin müdafiəçisi Co Rodan zədələnib. 22 yaşlı futbolçu Çempionşipin 13-cü turunda "Brentford"la qarşılaşmada xəsarət alıb.
Tibbi müayinədən sonra topuq nahiyəsində zədə aşkarlanan müdafiəçinin 2 ay meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, Rodan Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlarda iştirak etməyəcək.
Xatırladaq ki, bundan əvvəl yarımmüdafiəçi Conni Uilyamsın da zədə zəbəbindən millimizlə matçı buraxacağı açıqlanmışdı.
Qeyd edək ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.