Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2023 18:52
11 fevral 2022-ci ildə Yəməndə əsir götürülən Birləşmiş Millətlər Təşkilatının beş əməkdaşı azad edilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə BMT baş katibinin nümayəndəsi məlumat verib.
Bəyanat təşkilatın saytında dərc olunub.
"Mövcud məlumat beşinin də yaxşı vəziyyətdə olduğunu göstərir", - press-relizdə deyilir.
BMT-nin işçiləri və onların sərbəst buraxılması ilə bağlı başqa məlumat verilmir.
Beynəlxalq təşkilat insan oğurluğu kimi cinayətlərə heç bir bəraət qazandıra bilməyəcəyini vurğulayıb. BMT Yəməndə hələ də əsirlikdə olanların hamısına dəstək ifadə edib.