Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahaçqalada partlayış: 27 ölü, 75 yaralı - YENİLƏNDİ

Mahaçqalada partlayış: 27 ölü, 75 yaralı - YENİLƏNDİ

Tarix: 15 Avqust 2023 08:38

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı yenidən artıb.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb

Ölənlərin sayının 27 nəfərə çatdığı, 75-nin isə yaralandığı qeyd olunub.

--------

06:55

Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı cinayət işi başlandığını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat yayılıb.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə başlanılıb.

Partlayış nəticəsində ölənlərin sayı üçü uşaq olmaqla 25 nəfərə çatıb, hazırda Mahaçqalanın tibb müəssisələrində 66 zərərçəkən var, onlardan 10-nun vəziyyəti ağırdır.

--------

01:25

Partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Bu barədə Rusiyanın "Baza" Teleqram kanalı məlumat yayıb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

-------

01:11

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Qlobus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Milli.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.

Xilasetmə xidmətləri hadisə yerindədir.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.

Milli.Az


Etiketlər:  Mahaçqalada partlayış ölü yaralı YENİLƏNDİ


RƏYLƏR