Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda növbəti iməclik keçirildi - FOTO

Bakıda növbəti iməclik keçirildi - FOTO

Tarix: 19 Avqust 2023 12:20

Yay mövsümündə havaların kəskin isti keçməsi, şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.

Bu barədə Milli.Az-a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməclikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.

Milli.Az


Etiketlər:  Bakıda növbəti iməclik keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ