Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad edib - FOTO

Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad edib - FOTO

Tarix: 22 Avqust 2023 12:39

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyev "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Milli.Az


Etiketlər:  Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ