Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalmaqallı şəkildə boşanan Britni dörd yarıçılpaq kişi ilə əyləndi - VİDEO

Qalmaqallı şəkildə boşanan Britni dörd yarıçılpaq kişi ilə əyləndi - VİDEO

Tarix: 23 Avqust 2023 06:35

Dünyanın bütün nüfuzlu nəşrləri artıq bir neçə gündür ki, pop ulduz Britni Spirs və Sem Asgarinin boşanmasının qalmaqallı təfərrüatlarını dərc edir, nəyin doğru, nəyin yalan olması ilə maraqlanır. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, ərinə qarşı təcavüz və aldatma iddiaları arasında Britni dörd yarıçılpaq, idmançı kişi ilə əyləndiyi məclisdən sosial şəbəkə hesabında video paylaşıb. 

Kadrda əvvəlcə onlardan biri müğənninin ayağını yalayır, sonra çılğın oğlanlar onu ehtiraslı şəkildə qucağına alır.

"Malibu Kanyon Yolu indiyə qədər sürdüyün ən çirkin yoldur... Mənim kimi bir "it qızı" nə edir? Yaşıl paltarını geyinir və dostlarının yanına gəlir! Sevdiyim oğlanları dəvət etdim və bütün gecəni əyləndim!", - deyə Britni yazıb. 

Qeyd edək ki, Britni Spirs ərini nəinki aldadıb, hətta onu döyüb. Bu hadisələr isə Asgarini boşanmaq üçün məhkəməyə müraciət etməyə sövq edib.

Ötən gün isə Britni boşanma xəbərini şəxsən şərh edərək, "artıq ağrıya dözə bilmirəm" sözlərini sosial şəbəkə hesabında yazıb.

Milli.Az


Etiketlər:  Qalmaqallı şəkildə boşanan Britni dörd yarıçılpaq kişi ilə əyləndi VİDEO


RƏYLƏR