Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2019 12:21
Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin