Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doll Əl-Tamarini bağışladı

Doll Əl-Tamarini bağışladı

Tarix: 29 Oktyabr 2019 12:28

APOEL intizamsız hərəkətinə görə cəzalandırdığı futbolçusu Musa Əl-Tamarini bağışlayıb.

Qol.az xəbər veri ki, komandanın aparıcı üzvü Kipr çempionatının 7-ci turunda "Nea Salamis"lə dünən keçirilən matçda (3:0) 46-cı dəqiqədə meydana daxil olub.

Xatırladaq ki, Əl-Tamari Avroliqanın qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyun öncəsi etdiyi intizamsız hərəkəti səbəbindən baş məşqçi Tomas Dollun qəzəbinə tuş gəlmişdi. T.Doll İordaniya millisinin üzvünün adını Ağdam klubu görüşün iştirak ərizəsinə salmamışdı. Əl-Tamarinin "Qarabağ"la cavab oyununda iştirak edəcəyi gözlənilir.

 


Etiketlər:  Doll Tamarini bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ