Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyaya bütün sahələrdə tam müstəqil mesajı vermək istəyirik - Türkiyəli nazir

Dünyaya bütün sahələrdə tam müstəqil mesajı vermək istəyirik - Türkiyəli nazir

Tarix: 30 Avqust 2023 10:14

Dünyaya bütün sahələrdə tam müstəqil Türkiyə mesajını vermək istəyirik.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Gənclərimiz TEKNOFEST kimi yarışmalarda texnologiya sahəsində dünya ilə rəqabət aparacaqlarına inam qazanırlar. 2018-ci ildə 14 texnologiya yarışması təşkil etdik və 20 min gənc burada iştirak etdi. Bu, həmin il üçün böyük uğur idi. Bu il TEKNOFEST-də keçirilən 44 texnologiya yarışmasında 330 mindən çox komanda və 1 milyondan çox gənc iştirak edib", - deyə o vurğulayıb.

Nazir bildirib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) iqtidara gəldiyi il 414 patent müraciəti olmuşdu, bu rəqəm 20 ildə 9 mini keçib.

"Yaxın aylarda astronavtlarımız beynəlxalq kosmik stansiyaya gedərək Türk Kosmos Elmi missiyasını yerinə yetirəcəklər. Türkiyənin milli kosmik proqramını mərhələ-mərhələ həyata keçiririk. Biz milli miqyasda orijinal texnologiyaların reallaşdırılması istiqamətində addımlar atırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Milli.Az


Etiketlər:  Dünyaya bütün sahələrdə tam müstəqil mesajı vermək istəyirik Türkiyəli nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ